Bank Of Baku

Koreya səfiri Azərbaycanın cənub rayonlarına səfər edib

Koreya səfiri Azərbaycanın cənub rayonlarına səfər edib
# 19 may 2007 09:36 (UTC +04:00)
Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq Çul bu gün Lənkəranda olub. APA-nın cənub bürosunun məlumatına görə, diplomatla görüşən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lənkəranın tarixi, coğrafi şəraiti, potensial imkanları, son illər sosial-iqtisadi sahədə qazandığı nailiyyətlər barədə ətraflı məlumat verib. Öz növbəsində, səfir təmsil etdiyi ölkə ilə Azərbaycanın dostluq münasibətlərindən, iqtsadi-ticari əlaqələrindən bəhs edərək, prezident İlham Əliyevin aprelin 7-də Koreyaya etdiyi səfərdən sonra bu münasibətlərin daha möhkəmləndiyini vurğulayıb. Lənkəranın perspektivləri barədə lazımi bilgiyə malik olduğunu deyən qonaq turizmlə məşğul olan koreyalı iş adamlarının diqqətini Lənkərana cəlb edəcəyinə söz verib. Sonra xarici diplomat Lənkəranda salınmış dənizkənarı parkla və rayondakı bir neçə emal müəssisəsi ilə tanış olub. Cənub bölgəsinə səfəri çərçivəsində Koreyanın səfiri dünən Masallı və Cəlilabadda olub, bu gün isə Astara rayonuna səfər edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR