Bank Of Baku

Hüseyn Avni Karslıoğlu: “Gəncəyə tariximizin çox önəmli yeridir”

Hüseyn Avni Karslıoğlu: “Gəncəyə tariximizin çox önəmli yeridir”
# 19 may 2007 09:37 (UTC +04:00)
“Gəncəyə gəlməyim böyük bir hadisədir, özəlliklə bura bizim tariximizin çox önəmli yeri olan şəhərdir”. Bu sözləri Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Karslıoğlu Gəncə Dövlət Universitetində təhsil alan türkiyəli tələbələrlə görüşdükdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. Səfir Gəncənin tarixi əhəmiyyətini vurğulayıb: “Bildiyiniz kimi, Nuru paşa ilk dəfə bura gəlib. Burda Azərbaycan Demokratik Cümhuriyyəti qurulub. Bu baxımdan Gəncə şəhərinin bizim qəlbimizdə özəl yeri var. Əlbəttə, bölgələrə səfərimi buradan başlamağım bu baxımdan çox vacibdir”. H.A.Karslıoğlu qeyd edib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb: “Əgər Türkiyə olaraq Gəncədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, xüsusilə kənd təsərrüfatı sahəsində Türkiyədəki təcrübəni 10-20 il itirmədən tətbiq edə bilsək, xüsusilə parniklərdə yetişdirilən məhsulları, meyvələri və digər kənd təsərrüfatı məhsullarını paketləyərək və standartlaşdıraraq dünya bazarına, Rusiya, İran, Türkiyə və Avropaya sata bilərik. Eldar Əzizovla bu kimi mövzularda söhbət etdik. Bundan sonra biz Universitet tələbələri ilə görüşdük, mədəniyyət və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə etdik”.
H.A.Karslıoğlu turizm sahəsində əməkdaşlıqdan da danışıb: “Bu, mənim dəyər verdiyim bir sahədir. Türk insanı Azərbaycanı çox sevir, ancaq Azərbaycanı tanımır. Azərbaycanın və bölgələrinin tanınması lazımdır. Nizaminin adını hər kəs bilir, ancaq haralı olduğunu, məzarının harada yerləşdiyini bilmir. Qafqaz dağlarında dünyanın başqa yerlərində olmayan endemik bitkilər var. Bunları görmək üçün gəlmək istəyən insanlar var. Onları buraya cəlb etmək, bu insanlar gəldikləri vaxt harada qalmaları üçün çox da bahalı olmayan otellər və bu otellərdə işləyən ofisiantlar, aşpazlar lazımdır. Bu insanlar isə turizm məktəblərində yetişir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR