Bank Of Baku

Avropa İttifaqı Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı rəsmi Bakı ilə danışıqlar aparmaq niyyətindədir

Avropa İttifaqı Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı rəsmi Bakı ilə danışıqlar aparmaq niyyətindədir
# 21 may 2007 15:12 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Avropa İttifaqına (Aİ) sədrlik edən Almaniyanın Azərbaycandakı səfiri Per Stankina deyib. Səfir küçələrə çıxaraq qışqırmağa ehtiyac olmadığını qeyd edərək, vəziyyətdən çıxış yollarının tapılması üçün danışıqlar aparmağın daha optimal variant olduğunu söyləyib: “Tərəflər danışıqlar stolu arxasında əyləşərək, məsələni müzakirə etməlidirlər. Biz Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı rəsmi Bakı ilə danışıqlar aparmaq niyyətindəyik. Təklif etmişik ki, treninqlər keçirilsin. Mən bu yaxınlarda bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da danışmışam”.
P. Stankina Avropa ittifaqının, eləcə də Almaniyanın Azərbaycanla dost münasibətləri olduğunu, belə məsələlərin sanksiyalarla deyil, diplomatik yolla həllinin vacibliyini önə çəkib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR