Bank Of Baku

Elmar Məmmədyarov İordaniyanın yeni müvəqqəti işlər vəkilini qəbul edib

Elmar Məmmədyarov İordaniyanın yeni müvəqqəti işlər vəkilini qəbul edib
# 22 may 2007 16:21 (UTC +04:00)
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Krallığının ölkəmizə yeni təyin olunmuş müvəqqəti işlər vəkili Adil Adayalanı qəbul edib. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, A. Adayala İordaniya xarici işlər nazirinin salamlarını çatdıraraq, Azərbaycan və İordaniya arasında əlaqələrin yüksək səviyyəsini qeyd edib. E.Məmmədyarov İordaniya Kralı II Abdullahın 2006-cı ilin avqustunda Azərbaycana səfərini xatırladaraq, səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında önəmli rol oynayacağına əminliyini ifadə edib. Həmçinin nazir cari ilin aprel ayında krallığa etdiyi səfər və İordaniyanın yüksək rəsmiləri ilə keçirdiyi görüşlər barədə danışaraq, iki dövlətin XİN-ləri arasında imzalanmış anlaşma memorandumu çərçivəsində məsləhətləşmələrin aparılmasını vacib sayıb. Daha sonra A. Adayala öz etimadnaməsinin surətini nazirə təqdim edib və iki dövlət arasında əməkdaşlığın bütün müstəvilərdə inkişaf etdirilməsinə çalışacağını bildirib. Nazir ölkəmizdə İordaniya səfirliyinin açılmasını yüksək qiymətləndirib, həmçinin qonağın tezliklə fövqəladə və səlahiyyətli səfir kimi fəaliyyətini davam etdirəcəyinə ümidvar olduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR