Bank Of Baku

Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Naxçıvana gedib

Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Naxçıvana gedib
# 22 may 2007 16:47 (UTC +04:00)
Avropa Şurası (AŞ) baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia bu gün Naxçıvana gedib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, D. Bribosia Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. V. Talıbov AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsinin Naxçıvana ilk dəfə səfər etdiyini vurğulayaraq, qonağa təşəkkürünü bildirib. Daha sonra Naxçıvan MR-in İnsan Hüquqları üzrə Müvəkkili Ülkər Bayramova ilə görüşən D. Bribosia burada Ombudsman institutunun yaradılmasından məmnunluğunu dilə gətirib. Naxçıvan Teleradio Verilişləri Komitəsində olan qonağa sədr Ramiz Qurbanov yerli televiziyanın imkanları haqda məlumat verib.
Qeyd edək ki, D. Bribosianın Naxçıvana səfəri sabah da davam edəcək. Onun Naxçıvan MR-in ədliyyə naziri, Ali Məhkəmənin sədri və QHT nümayəndələri ilə görüşü gözlənilir. Bundan başqa, AŞ baş katibinin xüsusi nümayəndəsinin Naxçıvan Dövlət Universitetində tələbə və müəllim kollektivi ilə görüşəcək, Ordubad rayonuna gedəcək, MR-in tarixi abidələri ilə tanış olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR