Bank Of Baku

Azərbaycanın ABŞ-dakı səfiri Diplomatiya İcra Şurasının Səfirlərin Məşvərət Şurasına üzv seçilib

Azərbaycanın ABŞ-dakı səfiri Diplomatiya İcra Şurasının Səfirlərin Məşvərət Şurasına üzv seçilib
# 16 iyun 2007 11:40 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev Amerikanın mötəbər qeyri-hökumət təşkilatlarından olan Diplomatiya İcra Şurasının Səfirlərin Məşvərət Şurasına üzv seçilib. Səfirlikdən APA-nın ABŞ bürosuna verilən məlumata görə, Məşvərət Şurası ABŞ-da akkreditə olunmuş diplomatik korpusla hökumət rəsmiləri və özəl sektorun rəhbərləri arasında əlaqələr qurulmasına yardım edən qurumdur. Şura Amerika sisteminin daha dərindən anlanılması, hökumət və özəl sektorun cəmiyyətdə rolu barədə ətraflı məlumatın əldə edilməsi və xarici diplomatların bir-biri ilə qeyri-formal şəraitdə əlaqə qurması üçün müxtəlif proqramlar təşkil edir.
Məşvərət Şurasının üzvləri arasında Avstriya, Misir, Mərakeş, İsveç, Rusiya, Braziliya və bir sıra digər ölkələrin ABŞ-dakı səfirləri, habelə Procter&Gamble, Lockheed Martin Corporation, American International Group kimi böyük şirkətlərin rəhbərləri var. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR