Litva səfiri Kudzmanas Kyastutis: “Litva ilə Azərbaycan arasında münasibətlərin geniş miqyasda inkişafı üçün gözəl fon yaranıb”
- Azərbaycan və Litva arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı necə səciyyələndirmək olar?
- Azərbaycan və Litva arasında münasibətlər çoxtərəflidir. Ölkələrimizin ümumi tarixi də var, bu, bir-birimizi daha yaxından anlamağa kömək edir. Hər iki ölkədə hüquq sisteminin sovet standartlarından dünya standartlarına keçidi prosesi, cəmiyyətin yeni sistemə transformasiyası, islahatlar gedir. Bu keçid prosesini bəzi məqamlarda biz, bəzi məqamlarda isə Azərbaycan daha tez keçib. İqtisadi və humanitar sahələrdə də ümumi məqamlar çoxdur, biz çox məsələlərdə təcrübə mübadiləsi apara bilərik.
- Azərbaycanın Avropa Birliyi, Avroatlantik məkan və digər Avropa strukturlarına inteqrasiyası prosesində Litva təcrübi yardım göstərə bilərmi?
- Qətiyyətlə əminəm ki, Azərbaycanla Litva təkcə ikitərəfli qaydada deyil, YUNESKO və Avropa Şurası formatında da əməkdaşlıq edə bilər. Müxtəlif beynəlxalq formatlarda Azərbaycanla bağlı məsələlərin müzakirəsi zamanı Litva ölkənizin lehinə səs verib. Azərbaycan ötən il Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planını imzalayıb. Biz bu planın icrasında təcrübə baxımından Azərbaycana yardım edə bilərik, çünki, Litva Avropa Birliyinin üzvüdür. Bundan başqa Litva Ümumdünya Ticarət Təşkilatının üzvüdür, Azərbaycan isə bu təşkilata üzvlüklə bağlı danışıqlar aparır. Biz bu məsələdə də Azərbaycan yardım göstərə bilərik. Hələ Avropa Birliyinin üzvü olmadığımız uzun illər ərzində Litvanın ixrac əməliyyatlarının əsas hədəfi məhz birlik ölkələri olub. Bu baxımdan Litva hansı standartlardan istifadə etmək məsələsində böyük təcrübəyə malikdir. Biz bu mexanizmləri bilirik və təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq.
- Litva prezidentinin Azərbaycana səfərindən sonra ölkələrimiz arasında ikitərəfli münasibətlərdə hansı dəyişikliklər müşahidə olunur?
- Son zamanlar ölkələrimiz arasında ikitərəfli səfərlər intensivləşib. Azərbaycan prezidenti İlham Əliyev və Litva prezidenti Valdas Adamkus arasında keçirilən görüşdən sonra münasibətlərin inkişafında nəzərəçarpacaq irəliləyiş hissə olunur. Hazırda Litva ilə Azərbaycan arasında münasibətlərin geniş miqyasda inkişafı üçün gözəl fon yaranıb. Biz çox şadıq ki, prezident Əliyev Litvaya rəsmi səfərlə bağlı Litva prezidenti Valdas Adamkusun dəvətini qəbul edib.
- Azərbaycan prezidentinin Litvaya səfəri nə zaman reallaşacaq?
- Ümidvarıq ki, bu səfər payızda gerçəkləşəcək, səfərin sentyabr ayında reallaşması nəzərdə tutulub. Bu, rəsmi səfər olacaq. Bundan başqa oktyabrın əvvəllərində Litvada Vilnüs Enerji Sammiti keçiriləcək, Azərbaycan prezidenti də bu tədbirə dəvət olunub.
- Ukrayna, Polşa, Litva, Gürcüstan və Azərbaycan Krakov sammitində enerji layihələrinin hazırlanması, o cümlədən Odessa-Brodı neft kəmərinin inkişafı ilə məşğul olacaq müştərək müəssisə yaratmaq barədə qərar qəbul edib. Bu məsələdə hansı irəliləyiş var?
- Əgər biz Odessa-Brodı layihəsini həyata keçirməyə başlasaq, bu layihənin əsl davamını Polşa və Litvada tapmaq olar. Hazırda biz enerjini Rusiyadan alırıq. Əslində biz həqiqətən də enerji bazarının siyasiləşməməsinə, təzyiq elementinə çevrilməməsinə çalışırıq. Biz öz təhlükəsizliyimizi təmin etmək istəyirik. Bu məqamda təhlükəsizlik alternativ mənbənin tapılmasıdır. Həm də təkcə Litva kontekstində yox, Avropa Birliyi kontekstində. Krakov sammitində bu məsələ ilə bağlı siyasi qərar qəbul olundu, hazırda ekspertlər səviyyəsində məsləhətləşmələr gedir. GUAM sammitində bu məsələ nəinki gündəliyə daxil edilib, həmçinin prezidentlərin görüşü formatında ayrıca müzakirə olunacaq. Biz Odessa-Brodı kimi layihələri dəstəkləyirik.
- Litva bir neçə il əvvəl ARDNŞ-ə neft nəqli prosesində iştirak etmək və Azərbaycandan ildə bir milyon ton neft almaq arzusunu bildirib. Bu məsələlərlə bağlı danışıqlar gedirmi?
- Müəyyən danışıqlar aparılır. Amma prinsipcə, 1 milyon ton rəqəmi Litvanın tələbatının tam ifadə etmir. Bizim Mojeykada bir ədəd neft emalı zavodumuz var, orada ildə 12 milyon ton neft emal olunur. Başqa sözlə desək, siz bizə istədiyimiz qədər neft versəniz, biz bu nefti alacağıq.
- Litva Azərbaycanla əməkdaşlığa hansı sahələrdən başlamaq istəyir?
- Məsələn, mən biznes sahəsində ciddi perspektiv hiss edirəm. Mənə mütəmadi zəng vuran Litva şirkətləri təkcə neft-kimya sahəsi barədə məlumat almırlar. Şirkətlərimiz hesab edir ki, informasiya texnologiyaları və proqram təminatı sahəsində böyük əməkdaşlıq perspektivi mövcuddur. Litva Avropada proqram təminatı məhsullarının ən güclü istehsalçılarından biridir, ölkəmiz bu məhsulları bir çox beynəlxalq korporasiyalara satır. Sənaye və texnologiyalar sektorunda ölkələrimizin əməkdaşlıq etməsi çox maraqlı olardı. Bizim sənaye sahəsində də böyük layihələrimiz var. Məsələn, Litva şirkətləri Azərbaycanda azot gübrəsi müəssisəsi tikə bilərlər. Bizim bu sahədə böyük təcrübəmiz var. Azərbaycanda Litva biznesinin inkişafı üçün müəyyən üstünlüklər var mən zəngin ehtiyatları, müəyyən mənada işçi qüvvəsinin ucuzluğunu gözəl coğrafi vəziyyəti, sürətlə inkişaf edən bazarı, investisiyalar üçün yaradılmış əla şəraiti nəzərdə tuturam. Biz həmçinin hesab edirik ki, Azərbaycana xidmət sferasının inkişafında, məsələn, ticarət və supermarketlər şəbəkəsinin inkişafında yardımçı ola bilərik. Biz bu məsələdə operator rolunda çıxış edə bilərik. Təbii ki, Litva iş adamlarının Azərbaycana sərmayə yatırmasını ləngidən səbəblər də var. Bu səbəblərə misal olaraq ölkələrimizin bir-birindən uzaq məsafədə yerləşməsini, biznes-etiketdə şərti fərqlər, qeyri-stabilliyə səbəb ola biləcək dondurulmuş münaqişələri göstərə bilərəm. Bizim əməkdaşlıq edə biləcəyimiz perspektiv sahələrdən biri mədəniyyətdir. Biz müddət əvvəl Litvanın mədəniyyət naziri Azərbaycanda səfərdə olub. O, azərbaycanlı həmkarını Litvaya səfərə dəvət edib. Azərbaycanın çox zəngin mədəniyyəti var, biz bu sahədə aktiv əməkdaşlıq edə bilərik. Əməkdaşlıq üçün digər perspektiv sahə turizmdir. Azərbaycanlılar Litvanın Palanqa kurortunu yaxşı xatırladığı kimi, bütün litvalılar da Xəzər sahillərini yaxşı xatırlayır. Amma mən hesab edirəm ki, Azərbaycan turizm kəmiyyətə deyil, keyfiyyətə istiqamətlənməlidir.
- Turizm sahəsində ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə Azərbaycanla Litva arasında birbaşa hava reyslərinin olmaması mane olur...
- Perspektivdə Bakı-Vilnüs istiqamətində birbaşa reysin açılması nəzərdə tutulur. Bu məsələni ləngidən səbəb ölkələrimizdə müvafiq səfirliklərin fəaliyyət göstərməməsi idi. İndi Azərbaycanda Litvanın səfirliyi açılıb, bu il Vilnüsdə Azərbaycan səfirliyi açılacaq. Hazırda bu səfirliyə səfirin təyin olunması, razılaşdırılması prosesi gedir. Mən “Air Baltic” şirkəti vasitəsilə birbaşa reysin açılması məsələsini qaldırmışam, artıq bununla bağlı müvafiq sorğu göndərilib.
- İki ölkə arasında vətəndaşların hərəkəti üçün vizasız rejimin tətbiqi gözlənilirmi?
- Bizim səfirlik hələlik Litvaya səfər üçün viza vermir. Biz konsulun gəlişini gözləyirik, ümidvarıq ki, bu il vizaların verilməsinə başlayacağıq. Litva 2008-ci ildə Şengen zonasına daxil olacaq, o zaman vizasız rejim məsələsi Litvanın deyil, Avropa Birliyinin məsələsi olacaq.
- Azərbaycanla Litva arasında ticarət dövriyyəsinin həcmi nə qədərdir?
- 2006-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9 milyon dollar təşkil edib. 2003-cü ildən etibarən ticarət dövriyyəsinin həcmi dörd dəfə artıb. Bu, inkişaf baxımından yaxşı göstəricidir. 2005-ci ilin göstəricilərinə görə, Litvanın Azərbaycana ixrac etdiyi malların 13 faizini pambıq məhsulları, 63 faizini bankomat və müxtəlif texnologiyalar, 6 faizini dərman preparatları təşkil edib. Azərbaycan isə Litvaya əsasən polietilen, meyvə-tərəvəz, maşınqayırma məhsulları ixrac edib. 2006-cı ildən başlayaraq Litva Azərbaycana çap məhsulları, video və rəqəmsal texnika da ixrac etməyə başlayıb.
- Azərbaycan və Litva gömrük orqanlarının ticarət dövriyyəsinin həcminə dair açıqladığı statistik rəqəmlər üst-üstə düşürmü?
- Mən gömrük xidmətinin rəisi vəzifəsində işləmişəm və çox şadam ki, ticarət dövriyyəsinin həcminə dair Litva və Azərbaycanın statistik göstəriciləri üst-üstə düşür. Bu, gizli iqtisadiyyat faktorunun olmadığını göstərir.
- Azərbaycanda Litva diasporu mövcuddurmu?
- Azərbaycanda Litva diasporu yoxdur. Ölkənizdə faktiki olaraq onlarla litvalı yaşayır. Litvada Azərbaycan diasporu olmasa da, üç icma var. Bu icmalar son dərəcə aktiv fəaliyyət göstərir, onlar hətta martda Bakıda keçirilən Azərbaycan və Türk Diasporlarının birinci qurultayında da iştirak ediblər. Litvada yaşayan azərbaycanlılar üçün heç bir problem yoxdur, onlar bizim dilimizi yaxşı bilirlər.
- İki ölkə arasında parlamentlərarası əlaqələrin mövcud durumu tərəfləri qane edirmi?
- Bizim parlamentlərarası əlaqələrimiz çox yaxşı səviyyədədir. Bu əlaqələr iki il əvvəl Litva parlamentində Azərbaycanla dostluq qrupu təsis olunduqdan sonra nəzərəçarpacaq dərəcədə genişlənib. Bu dostluq qrupunun üzvləri payızda Azərbaycana səfər etmək niyyətindədir.
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Litva Azərbaycanın mövqeyini bölüşürmü?
- Litva hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində nizamlanması prosesini dəstəkləyirik. Biz Azərbaycan və bütün regionda stabillik və təhlükəsizliyin bərqərar olmasında maraqlıyıq.
- GUAM-ın Bakı sammitində Litva prezidenti də iştirak edir. Ölkənizin bu quruma üzv olmaq istəyi varmı? Litva GUAM-da müşahidəçi statusu ilə təmsil oluna bilərmi?
- Litva GUAM-a daxil olmayacaq. Mən GUAM-Avropa Birliyi formatında əməkdaşlıq üçün hər cür əsas görürəm. GUAM Avropa Biliyinə qonşu blok ola bilər. GUAM həmçinin Avropa isə Asiya bazarları arasında əsl körpüdür. Litvanın GUAM-da müşahidəçi statusu ilə təmsil olunmasına gəlincə, bu, təcrübə mübadiləsi üçün daha bir imkandır. Bizim üçün maraq doğursa, GUAM-da müşahidəçi statusu ilə təmsil olunması məsələsinə baxa bilərik. GUAM-ın Bakı sammitinə Litva prezidenti Valdas Adamkus da qatılıb, səfər çərçivəsində Azərbaycan və Litva prezidentlərinin görüşü nəzərdə tutulub. Bu görüş Azərbaycanla Litva arasında əlaqələrin inkişafına müsbət göstərəcək. /APA/

Xarici siyasət
Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub
Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb
Abraham Hamade Milli Məclisin sədrini ABŞ Konqresində görməyi arzuladığını bildirib