Bank Of Baku

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
# 21 iyun 2007 08:27 (UTC +04:00)
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (AZİZ) nümayəndə heyəti Azərbaycanda səfərdədir. APA-nın İsrail bürosunun xəbərinə görə, nümayəndə heyətinə assosiasiyanın vitse-prezidenti Aleks Şapiro Suliman rəhbərlik edir. Qonaqlar Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüblər. Görüşdə İsraildəki Azərbaycan diasporasının fəaliyyəti və perspektivləri müzakirə edilib. Bundan başqa, nümayəndə heyəti Bakı Biznes Mərkəzinin prezidenti Siyavuş Yeqanlı ilə də bir araya gəlib və Milli Məclisdə, Azərbaycanın işgüzar dairələrində görüşlər keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR