Bank Of Baku

Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyinə həsr olunmuş mərasim keçirilib

Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyinə həsr olunmuş mərasim keçirilib
# 22 iyun 2007 09:02 (UTC +04:00)
Sofiya şəhərində Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyinə həsr olunmuş mərasim keçirilib. Bu barədə APA-ya Azərbaycanın Bolqarıstandakı səfiri Elman Zeynalov məlumat verib. Tədbirin sonunda Azərbaycan səfirliyinin təşəbbüsü ilə Bolqarıstan Mərkəzi Poçtamptı tərəfindən hazırlanmış poçt markalarının təqdimatı keçirilib. Markalarda Azərbaycan prezidenti İlham Əliyevin və Bolqarıstan prezidenti Georgi Pırvanovun portretləri əks olunub. Səfir iki ölkə arasında münasibətlərin pozitiv istiqamətdə inkişaf etdiyini, bütün sahələrdə qarşılıqlı anlayışın mövcud olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR