Bank Of Baku

Hafiz Paşayevin “Bir səfirin manifesti ” kitabının təqdimat mərasimi olub

Hafiz Paşayevin “Bir səfirin manifesti ” kitabının təqdimat mərasimi olub
# 22 iyun 2007 16:35 (UTC +04:00)
Bu gün Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın ABŞ-dakı ilk səfiri Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabının təqdimat mərasimi olub. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə BSU-nun rektoru Kamal Abdulla açaraq, kitabın bədii dəyərindən söz açıb: “Bu kitabı oxuyarkən, özümə fikir və ünsiyyət həmdəmi tapdığıma sevindim. Kitabın dili o qədər rəvan, səlisdir ki, mən istər-istəməz müəllimim olan Mir Cəlalı xatırladım ”. 1992-2006-cı illərdə Azərbaycanın ABŞ-da ilk səfiri vəzifəsində çalışdığı illərdəki təəssüratlarını bu kitaba topladığını bildirən Hafiz Paşayev xatirələrin hüdudsuz olduğunu qeyd edib. Kitabda təəssüratlarla yanaşı, səfirliyin iş təcrübəsi, iki ölkə arasındakı əməkdaşlığın yaranması və inkişafı, tərəfdaşlıq səviyyəsinə aid məlumatlar da yer alıb. Çıxışlarda kitabın köməyi ilə Azərbaycan dilinə bir sıra yeni diplomatik terminlərin daxil olduğu da vurğulanıb. Görüşün sonunda müəllif iştirakçıların suallarını cavablandıraraq, tələbələrə xatirə avtoqrafı yazıb. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR