Bank Of Baku

İran səfiri Nasir Hamidi Zare: “Elmar Məmmədyarov Azərbaycanda ABŞ hərbi bazalarının olması haqda xarici mətbuatda yayılan informasiyaları təkzib edib”

İran səfiri Nasir Hamidi Zare: “Elmar Məmmədyarov Azərbaycanda ABŞ hərbi bazalarının olması haqda xarici mətbuatda yayılan informasiyaları təkzib edib”
# 25 iyun 2007 16:36 (UTC +04:00)
“Qəbələ radiolokasiya stansiyasının ABŞ və Rusiyanın birgə istifadə etməsi ilə bağlı təklif maraqlı görünsə də, bizim üçün İran-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması daha maraqlıdır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare verib. İranın bütün qonşuları ilə sülh və dostluq münasibətləri şəraitində yaşamaq istədiyini deyən səfir Azərbaycan və İran xarici işlər nazirlərinin görüşündə bu fikrin bir daha vurğulandığını qeyd edib. Onun sözlərinə görə, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda ABŞ hərbi bazalarının olması haqda xarici mətbuatda yayılan informasiyaları təkzib edib: “Azərbaycan müstəqil dövlətdir, müstəqil xarici siyasəti var. İnanırıq ki, yaranan hər hansı problemi Azərbaycan müstəqil şəkildə aradan qaldıracaq”. Səfir İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfərinə hazırlıq işlərinin davam etdiyini bildirib. Səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrə dair sənədlər imzalanacaq. Azərbaycanla İran arasında vizasız gediş-gəliş məsələsinə toxunan səfir deyib ki, İran bu məsələnin həyata keçirməyə artıq hazırdır: “Sadəcə, Azərbaycan tərəfi bu modelin ilkin mərhələdə Naxçıvan Muxtar Respublikası sakinləri ilə bağlı həyata keçirilməsini istəyir. Sonrakı mərhələdə vizasız gediş-gəliş Azərbaycanın bütün bölgələrinə şamil olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR