Bank Of Baku

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov iyul ayında ABŞ-a səfər edəcək

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov iyul ayında ABŞ-a səfər edəcək
# 02 iyul 2007 10:39 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov iyul ayında ABŞ-a səfər edəcək. APA-nın ABŞ bürosunun məlumatına görə, səfər çərçivəsində bu il iyulun 12-də Vaşinqtonda yerləşən Woodrow Wilson mərkəzində məruzə ilə çıxış edəcək. Mərkəzlə Kennan Universitetinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə o, “Azərbaycanın Təhlükəsizlik Gündəliyi” mövzusunda məruzə edəcək. Nazir müavinin məruzəsində daha çox regionun təhlükəsizlik məsələləri və enerji siyasətinə diqqət yetirəcək.
Qeyd edək ki, Araz Əzimov Woodrow Wilson mərkəzində aprel ayının sonunda çıxış etməli idi. Lakin Dövlət Departamentinin illik hesabatında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almasından sonra bu məruzə qeyri-müəyyən vaxta kimi təxirə salınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR