Bank Of Baku

ABŞ səfirliyi YAP-ın etiraz məktubunu cavablandırıb

ABŞ səfirliyi YAP-ın etiraz məktubunu cavablandırıb
# 03 iyul 2007 10:56 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin nümayəndələri Yuri Merziyakovun və Metyu Brayzanın iyunun 7-də İrəvanda keçirdikləri mətbuat konfransında səsləndirilən fikirlərlə bağlı Yeni Azərbaycan Partiyasının həmin ölkələrinin Azərbaycandakı səfirliklərinə etiraz məktubuna ABŞ səfirliyi cavab verib. Partiyanın mətbuat xidmətindən daxil olan məlumata görə, ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Donald Lunun göndərdiyi cavab məktubunda ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarla bağlı narahatlıq ifadə etdiyinə görə YAP-a təşəkkür edilib və fikirlərin bölüşməsi vacib amil kimi qeyd olunub: “Biz də YAP kimi düşünürük ki, Minsk Qrupuna ədalətli və bitərəf həmsədrlər başçılıq etməlidirlər. Sizi əmin etmək istəyirəm ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun fəaliyyəti çərçivəsində dinc yolla həll edilməsinə sadiq olaraq qalır”. Məktubda M. Brayzanın iyunun 11-də Sank-Peterburqda verdiyi bəyanatında 7 iyun çıxışına dair mətbuatın yaydığı məlumatın qeyri-dəqiq olması ilə bağlı fikir bildirdiyini xatırlanıb. Həmsədrin fikrinin təhrif edildiyini vurğulayan səfirlik onun heç vaxt Azərbaycanın Dağlıq Qarabağın ərazisini “işğal” etdiyini demədiyini bildirib: “Birləşmiş Ştatlar hökuməti Dağlıq Qarabağ və işğal olunmuş ərazilər də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. Qeyd edək ki, YAP-ın səfirliklərə ünvanlanmiış məktubda həmsədr ölkələrin diplomatlarının həqiqətə uyğun olmayan, danışıqlar prosesinə ciddi ziyan vuran fikirlər səsləndirdiyi bildirilib, münaqişənin həllində vasitəçi dövlətlərin təmsilçiləri bu cür bəyanatlardan çəkinməyə və münaqişənin sülh yolu ilə həlinə xidmət etməyən düşünülməmiş açıqlamalar verməməyə çağırılıb. YAP mətbuat xidməti ATƏT-in Minsk Qrupunun həmsədrlərinin nümayəndəsi Yuri Merziyakovun səsləndirdiyi fikirlərlə bağlı Rusiyanın Azərbaycandakı səfirliyinə göndərilmiş etiraz məktubuna bu günə qədər münasibət bildirilmədiyini qeyd edib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR