Bank Of Baku

İran səfirinin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıtda olub

İran səfirinin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıtda olub
# 05 iyul 2007 11:58 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zarenin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıtda olub. Sumqayıt şəhər hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin APA-ya verdiyi məlumata görə, səfir Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyevlə görüşüb. V. Əliyev qonağa Sumqayıt şəhərinin tarixi, sosial-iqtisadi vəziyyəti və şəhərdə həyata keçirilən layihələr barədə məlumat verib. Sumqayıtın beynəlxalq əlaqələrinin inkişaf etdiyini qeyd edən V. Əliyev İranın şəhərlərindən biri ilə əməkdaşlıq əlaqələrinin qurula biləcəyini deyib. Səfir Zare isə Azərbaycanla İran, o cümlədən, Sumqayıt ilə İranın şəhər və vilayətləri arasında hərtərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını söyləyib. Görüşdə Sumqayıt sahibkarlarının və iranlı iş adamlarının iştirakı ilə biznes-forumun təşkili məsələləri müzakirə olunub, iqtisadi əlaqələrlə yanaşı idman, mədəniyyət və şəhər infrastrukturu sahələrində də əməkdaşlıq potensialından səmərəli istifadə edilməsinin vacibliyi qeyd edilib. Şəhər İcra hakimiyyətində görüşdən sonra nümayəndə heyətişəhərdə yerləşən “Real” Sağlamlıq Mərkəzi və “Bismak” Qida-Sənaye Kompleksinin fəaliyyəti ilə tanış olublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR