Bank Of Baku

Azərbaycandan ABŞ-a səfər edənlərin sayı bu il 16 faiz artıb

Azərbaycandan ABŞ-a səfər edənlərin sayı bu il 16 faiz artıb
# 05 iyul 2007 15:59 (UTC +04:00)
Onun sözlərinə görə, 2006-cı ildə Azərbaycan vətəndaşlarına 3000-dən çox viza verilib. Bu ilin sonuna kimi 3500 viza verilməsi gözlənilir: “ABŞ-a gedənləri iki qrupa bölmək olar. Birinci qrupa turizm və biznes məqsədilə, ikinci qrupa isə tələbələr və mübadilə proqramları vasitəsilə gedənlər daxildir. Bu il 75 tələbə ABŞ hökumətinin hesabına Amerikada təhsil almaq üçün viza alıb. Onlardan 45 nəfəri orta məktəblərdə, 15-i universitet və kolleclərdə, 15-i isə aspiranturada oxuyur. Bundan başqa, 100-ə yaxın tələbə qismən öz hesabına təhsil alır”.
V. Lipşits qeyd edib ki, ABŞ səfirliyinə müraciət edənlərin 20 faizinə viza verməkdən imtina olunur: “Buna səbəb həmin insanların özlərinin Azərbaycana bağlılığını sübut edə bilməməsidir. Yəni onlar Azərbaycanda ev və işlə təmin olunduqlarını, ABŞ-a yalnız gəzməyə getdiklərini və geri qayıdacaqlarını sübut edə bilmirlər”. Diplomat bildirib ki, ilin sonuna kimi konsulluq şöbəsi yenilik edəcək: “Bu yenilik ondan ibarətdir ki, telefonla əlaqə saxlamaqda çətinliklə üzləşən vətəndaşlar konsulluq şöbəsinə internetlə müraciət edə biləcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR