Bank Of Baku

“International Herald Tribune” qəzetində Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyası haqqında məqalə dərc edilib

“International Herald Tribune” qəzetində Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyası haqqında məqalə dərc edilib
# 13 iyul 2007 09:44 (UTC +04:00)
“2004-cü ildən başlayaraq Azərbaycan diplomatiyasının inkişaf dövrü başladı. Bu, qeyri-neft sektorunu inkişaf etdirmək və nüfuzunu artırmağa xidmət edirdi”. APA-nın məlumatına görə, bu fikirlər “International Herald Tribune” qəzetində Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyası haqqında çap edilmiş məqalədə öz əksini tapıb. Məqalədə bildirilir ki, ötən üç il ərzində Azərbaycanın Afinadan tutmuş Tokioya qədər 32 paytaxtda yeni səfirliyi açılıb: “İndi ölkə yeni bir problemlə üzləşib: bu missiyalara rəhbərlik edəcək kifayət qədər diplomat yoxdur. Ona görə də 13 il Azərbaycanın ABŞ-da səfiri olmuş Hafiz Paşayev üzərinə ikinci bir missiya götürdü, o, ölkədə sırf diplomat yetişdirən ilk akademiya açdı. Martda açılan Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının məqsədi Qərbə meylli Azərbaycanın xarici ölkələrdəki səfirliklərində işləyəcək diplomatlar yetişdirməkdir. Bu akademiyada Corctaun Universiteti və Almaniyadakı Corc Marşall Avropa Təhlükəsizlik Tədqiqatları Mərkəzinin professorları və zəngin təcrübəyə malik keçmiş ABŞ səfiri Uilyam Hil dərs deyəcək. Hafiz Paşayevin fikrincə, dövlət bu akademiyaya gələcəkdə başqa sahələrdə bu cür akademiyaların yaranmasına yol açacaq pilot layihə kimi baxır. Akademiya qonşu ölkələrdən, o cümlədən Türkiyə və Rusiyadan tələbə cəlb etmək niyyətindədir”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR