Bank Of Baku

“European Stability Initiative” və Azərbaycan Diplomatik Akademiyası “Siyasətə təsir edən tədqiqatı necə aparmaq lazımdır?” mövzusunda iki günlük seminara başlayıb

“European Stability Initiative” və Azərbaycan Diplomatik Akademiyası “Siyasətə təsir edən tədqiqatı necə aparmaq lazımdır?” mövzusunda iki günlük seminara başlayıb
# 13 iyul 2007 11:54 (UTC +04:00)
Bu gün “European Stability Initiative” (ESI) və Azərbaycan Diplomatik Akademiyası (ADA) “Siyasətə təsir edən tədqiqatı necə aparmaq lazımdır?” mövzusunda iki günlük seminara başlayıb. ADA-nın marketinq və ictimaiyyətlə əlaqələr üzrə direktoru Ülviyyə Həsənzadənin APA-ya verdiyi məlumata görə, iki günlük bacarıq təkmilləşdirmə seminarının məqsədi iştirakçıları tədqiqat aparmaq və onları müdafiə etmək bacarıqlarının əsasları ilə tanış etməkdir. 15 nəfərlik seminarın proqramı ESİ-nin Cənub-Şərqi Asiya və Türkiyədə son səkkiz ildə apardığı işin nəticəsi olaraq tərtib edilmiş tədqiqat metodologiyasına əsaslanacaq. “Crescent Beach Hotel-də keçiriləcək” seminarda geniş tərkibli və sahəli tətbiqi sosial elmlərdən nümunələr gətirilərək, onların işdə ən səmərəli tətbiqinin konkret misalları göstəriləcək. Bu təlim kursları Qafqazda azad siyasi tədqiqat bacarıqlarının artırılmasına yönəlmiş daha böyük layihənin bir hissəsidir. Layihənin digər məqsədi isə iştirakçıları oxşar sual və texnikanı öz cəmiyyətlərində baş verən iqtisadi və sosial tendensiyaları anlamaq üçün tətbiq etməyə sövq etməkdir. Qeyd edək ki, London, Berlin, Brüssel, Vyana, Priştina və İstanbulda ekspertləri olan ESİ bu gün Cənub-Şərqi Avropanın genişləndirilməsi və inkişafı sahəsində Avropanın öndə gedən tədqiqat qurumlarından biridir. Onun apardığı tədqiqatın nəticələrindən beynəlxalq mətbuatda, Avropa və ABŞ tədqiqatçıları tərəfindən daima və geniş şəkildə istifadə olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR