Bank Of Baku

Böyük Britaniyanın yeni səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib

Böyük Britaniyanın yeni səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
# 17 iyul 2007 12:25 (UTC +04:00)
Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Kerolayn Braun etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. APA-nın məlumatına görə, səfir ölkəsi ilə Azərbaycan arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün əlindən gələni edəcəyini bildirib. Nazir Elmar Məmmədyarov səfiri təyinatı münasibəti ilə təbrik edib, bu təyinatın iki ölkə arasında münasibətlərin daha da yüksəyə qalxacağına ümid etdiyini deyib. Görüşdə Azərbaycanın Avropaya inteqrasiyası, ölkədə aparılan demokratik islahatlar, xarici investisiyalar üçün yaranan mühit, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlaması prosesindən danışıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR