Bank Of Baku

Koreyanın Azərbaycandakı səfiri Zaqatala və Balakən rayonlarına səfər edib

Koreyanın Azərbaycandakı səfiri Zaqatala və Balakən rayonlarına səfər edib
# 19 iyul 2007 12:00 (UTC +04:00)
Bu gün Koreya Respublikasının Azərbaycandakı səfiri Lyu Kvanq Çul Zaqatala rayonuna səfər edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Səfərdə məqsəd rayonla və tarixi abidələrlə, həmçinin rayonda yerləşən iri sənaye obyektləri ilə tanışlıqdan ibarətdir. L.K.Çulu və onu müşayiət edən şəxsləri RİH başçısı Asif Əsgərov qəbul edib və onlara Zaqatalanın simvolik hədiyyələrini təqdim edib. Daha sonra qonaqlar rayonun Yuxarı Çardaxlar kəndində yerləşən tarixi abidə olan “Pəri” qalası və Zaqatala Tarix Diyarşünaslıq Muzeyinə baş çəkiblər. Koreyalı qonaqlar həmçinin rayonun iri sənaye müəssisələri olan kərpic və fındıq zavodlarına baş çəkərək onların iş rejimi ilə yaxından tanış olublar. Günün ikinci yarısında Koreyanın səfiri və onu müşayiət edən şəxslər Balakən rayonuna səfər edəcək. Balakən RİH-dən APA-ya bildirilib ki, qonaqlar rayonun icra başçısı Asif Məmmədovla görüşəcək, rayonla tanış olduqdan sonra iri sənaye müəssisələrinə baş çəkəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR