Bank Of Baku

Norveç səfirliyi Azərbaycanda məskunlaşmış 12 yaşlı əfqan uşağın ürəyində əməliyyat aparılmasını maliyyələşdirib

Norveç səfirliyi Azərbaycanda məskunlaşmış 12 yaşlı əfqan uşağın ürəyində əməliyyat aparılmasını maliyyələşdirib
# 19 iyul 2007 12:14 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün Norveç səfiri Yon Ramberq həmin uşağa baş çəkib. Uşağın atası Nəsrulla Elyasi övladının əməliyyat olunması üçün göstərdiyi yardıma görə Norveç səfirinə təşəkkürünü bildirib. Əfqanıstanın Damiyan şəhərində dünyaya göz açan 12 yaşlı Elyasın ürəyində ciddi problemlər olub, həkimlər əməliyyat olunmayacağı təqdirdə onun həyatı üçün ciddi problemlər yaranacağını bildiriblər. Azərbaycanda qaçqın kimi məskunlaşan Nəsrulla Elyasi kömək üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığın Bakı nümayəndəliyinə müraciət edib, ofis isə öz növbəsində Norveç səfirliyindən kömək istəyib. Norveç səfiri Yon Ramberq qaçqın uşağa yardım göstərilməsi barədə qərarı dərhal qəbul etdiyini deyib: “Kiçik səfirlik olmaq bəzən yaxşı haldır, bu amil tez qərar qəbul etməyə imkanı verir. Elyasa kömək etdiyimizə görə çox sevinirəm, lakin minlərlə əfqan uşağının yardıma ehtiyacı olduğunu düşünəndə kədərlənirəm. Mən əvvəllər Pakistanda səfir olmuşam, o zaman bu ölkədə 3 milyon qaçqın uşaq var idi”. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığın Bakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Sahib Məmmədov APA-ya bildirib ki, Elyas Elyasinin vəziyyəti çox ağır olub və qurum dərhal ona köməklik etmək üçün sponsor axtarışına çıxıb: “Norveç səfirliyi, Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəliyi və digər donorlara bizim müraciətimizə müsbət cavab verərək uşağın həyatda qalmasına yardım etdiklərinə görə minnətdarlığımızı bildiririk” /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR