Bank Of Baku

Səfir Aqşin Mehdiyev: “BMT Təhlükəsizlik Şurasında Kosovonun gələcək statusu ilə bağlı səsvermənin baş tutmaması Azərbaycanın maraqlarına zidd deyil”

Səfir Aqşin Mehdiyev: “BMT Təhlükəsizlik Şurasında Kosovonun gələcək statusu ilə bağlı səsvermənin baş tutmaması Azərbaycanın maraqlarına zidd deyil”
# 23 iyul 2007 09:10 (UTC +04:00)
Səfirin sözlərinə görə, Kosovo ətrafında cərəyan edən hadisələrin Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. “BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Rusiya öz veto hüququndan istifadə edə bilərdi, ABŞ, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və Rusiyanın daxil olduğu Kontakt Qrupunda bunu edə bilməyəcək. Kosovo ətrafında cərəyan edən hadisələrin Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. ABŞ, BMT və Qərb ölkələrinin rəhbərləri səviyyəsində Balkan konfliktinin Azərbaycan-Ermənistan münaqişəsinə presedent olmaması barədə dəfələrlə verdikləri bəyanatları xatırlatmaq kifayətdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR