Bank Of Baku

Polyak zəvvarların faciəli şəkildə dünyasını dəyişməsi ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində xatirə dəftəri açılıb

Polyak zəvvarların faciəli şəkildə dünyasını dəyişməsi ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində xatirə dəftəri açılıb
# 24 iyul 2007 07:36 (UTC +04:00)
Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Polşa prezidenti Lex Kaçinski Qərbi Avropanın müqəddəs katolik məbədlərini ziyarətə gedən zəvvarların faciəli şəkildə dünyasını dəyişməsi ilə əlaqədar iyulun 23-25-də ölkədə ümummilli matəm günü elan edib. Polşanın Bakıda yerləşən səfirliyində zəvvarların vəfatı ilə əlaqədar xatirə dəftəri qoyulub. Xatirə dəftərinə öz ürək sözlərini yazmaq və polyak xalqına başsağlığı vermək istəyənlər sabah saat 11.00-dan 13.00-dək Polşa səfirliyinin Kiçik qala küçəsi, 2 ünvanında yerləşən binasına gələ bilərlər. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR