Bank Of Baku

Ukrayna Diplomatiya Akademiyasını 4 azərbaycanlı bitirib

Ukrayna Diplomatiya Akademiyasını 4 azərbaycanlı bitirib
# 27 iyul 2007 10:03 (UTC +04:00)
Ukrayna Xarici İşlər Nazirliyi yanında Diplomatiya Akademiyasında dövlət imtahanlarını əla qiymətlərlə vermiş iki azərbaycanlı dinləyiciyə - Seyidəli Qədimalıyevə və Atəş Qırxıyevə xarici siyasət magistri diplomu verilib. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev APA-ya açıqlamasında bildirib ki, Seyidəli Qədimalıyev səfirliyin əməkdaşıdır. Onun sözlərinə görə, Atəş Qırxıyev də əvvəllər səfirlikdə çalışıb, hazırda isə Azərbaycan Xarici İşlər Nazirliyində işləyir. Səfir deyib ki, bundan əvvəl də 2 azərbaycanlı Ukrayna Diplomatiya Akademiyasını bitirib və gələcəkdə də azərbaycanlıların burada təhsil alacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR