Bank Of Baku

Azərbaycanın ABŞ-dakı səfiri Vaşinqton ştatında işgüzar səfərdə olub

Azərbaycanın ABŞ-dakı səfiri Vaşinqton ştatında işgüzar səfərdə olub
# 28 iyul 2007 07:57 (UTC +04:00)
Məlum olduğu kimi, Azərbaycan “Boeing” şirkətinin yeni texnologiyalar əsasında hazırlanan, iqtisadi baxımdan səmərəli “Dreamliner 787” təyyarələrinin ilk alıcılarındandır. Şirkətin prezidenti və baş icraçı direktoru Skot Karsonla görüşdə Azərbaycanın regionda aparıcı rolu, ölkə iqtisadiyyatının sürətli inkişafı, qeyri-neft sektorunda əldə edilən nailiyyətlər müzakirə olunub. Ən yeni “Dreamliner 787” təyyarələrinin alınmasının iqtisadi inkişafın bariz nümunəsi olduğu vurğulanıb. Səfir Y. Əliyev “Microsoft” şirkətinin baş vitse-prezidenti, tədqiqatlar və strategiya üzrə rəhbəri Kreyq Mundi ilə də görüşüb. K. Mundi Azərbaycanın coğrafi, strateji və iqtisadi baxımdan dünya xəritəsində informasiya kommunikasiya texnologiyaları üçün son dərəcə vacib bir dövlətə çevrildiyini bildirib. Onun sözlərinə görə, bu baxımdan “Microsoft” şirkəti Azərbaycanla əməkdaşlıqda xüsusilə maraqlıdır. Səfərin sonunda Azərbaycan səfiri Sietl şəhərinin meri Qreqori Nikelslə görüşüb. Q. Nikels Azərbaycanla əməkdaşlıq edən “Boeing”, “Microsoft” kimi şirkətlərin məhz Sietldə (Vaşinqton ştatı) məskən salmalarını xüsusi məmnunluqla qeyd edib. O, həmçinin dünyada məşhur olan “Starbucks” və digər məşhur şirkətlərin də bu şəhərdə yerləşdiyini diqqətə çatdırıb. İki şəhər arasında oxşarlıq nəzərə alınaraq Sietl və Bakının qardaşlaşmış şəhərlər elan olunmasının mümkünlüyü nəzərdən keçirilib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR