Bank Of Baku

Elmar Məmmədyarov Ermənistana silah satışı ilə bağlı albaniyalı, pakistanlı həmkarlarına və İKT baş katibinə məktub göndərib

Elmar Məmmədyarov Ermənistana silah satışı ilə bağlı albaniyalı, pakistanlı həmkarlarına və İKT baş katibinə məktub göndərib
# 28 iyul 2007 10:38 (UTC +04:00)
Bu barədə APA-ya XİN Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahim məlumat verib. Məktubda bildirilir ki, Albaniya ilə Ermənistan arasında bu cür əlaqələr ciddi narahatlıq doğurur və Ermənistana silah verilməsi Azərbaycan ictimaiyyətini narahat etməklə yanaşı, BMT, ATƏT və İKT üzvü olan Azərbaycanla Albaniya arasındakı dostluq münasibətlərinin ruhuna da mənfi təsir göstərir: “Bildiyiniz kimi, Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və digər ərazilərdən 800 mindən artıq azərbaycanlı evlərindən didərgin düşüb. İKT-nin qəbul etdiyi qərarlara görə, təşkilata üzv ölkələr Azərbaycan ərazilərinin işğalını davam etdirmək və münaqişənin böyüməsi imkanlarını erməni təcavüzkarlarının əlindən almaq üçün Ermənistana hər hansı hərbi avadanlıqlar, silahlar göndərməkdən çəkinməli, öz ərazilərinin belə daşımalar üçün tranzit kimi istifadəsinə imkan verməməlidir. Baş vermiş fakt beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Bakı müharibənin yenidən alovlanmasına qarşı olmaqla, Ermənistana istənilən hərbi avadanlıq və silah satışını Azərbaycana qarşı akt kimi qəbul edir”. E. Məmmədyarov Azərbaycanla Albaniya arasında qarşılıqlı əlaqələrin inkişafını, xüsusilə iki ölkə prezidentlərinin ötən ay QDİƏT-in sammiti çərçivəsində İstanbulda yüksək səviyyəli görüşünü nəzərə alaraq, alban həmkarını şəxsən bu məsələyə müdaxilə etməyə və silah satışının ləğv edilməsinə zəmanət verməyə çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR