Bank Of Baku

İsrailin Azərbaycandakı səfiri İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbərliyi ilə görüşüb

İsrailin Azərbaycandakı səfiri İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbərliyi ilə görüşüb
# 30 iyul 2007 08:28 (UTC +04:00)
İsrailin Azərbaycandakı səfiri Artur Lenk Tel-Əvivdə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbərliyi ilə görüşüb. APA-nın İsrail bürosunun xəbərinə görə, A. Lenk assosiasiyanı təbii dostluq körpüsü adlandıraraq bildirib ki, bu körpünü dövlətlər yox, insanlar yaradıb: “Mən inanıram ki, Azərbaycandakı yəhudilər və Azərbaycandan İsrailə köçən yəhudilər iki ölkə arasındakı münasibətlərdə bazis rolunu oynayacaq. Sizlər mənim İsraildəki lobbiçilərimsiniz”. Dövlətlərarası əlaqələrə toxunan səfir siyasi, iqtisadi və biznes sahələrində sıx əlaqələr qurulduğunu vurğulayıb. Onun sözlərinə görə, 2005-ci ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 5 milyon dollar olduğu halda, 2006-cı ildə bu miqdar 28 milyon dollara yüksəlib: “Ən önəmlisi odur ki, İsrail Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə Azərbaycandan neft alır. Bundan başqa, qarşılıqlı əlaqələr də getdikcə möhkəmlənir və nazirlərin qarşılıqlı səfərləri artır”. Azərbaycan prezidenti ilə söhbətini xatırladan diplomat deyib ki, İlham Əliyev təkcə 2007-ci ilin ilk yarısında azərbaycanlı nazirlərin təxminən yarısının İsrailə səfər etdiyini söyləyib. A. Lenk bir çox strateji məsələlərdə Azərbaycanla İsrailin mövqelərinin üst-üstə düşdüyünü bəyan edərək iki ölkə münasibətlərinin strateji xarakter daşıdığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR