Bank Of Baku

25 nəfər Azərbaycan Xarici İşlər Nazirliyinə stajçı qəbul edilib

25 nəfər Azərbaycan Xarici İşlər Nazirliyinə stajçı qəbul edilib
# 31 iyul 2007 09:29 (UTC +04:00)
Azərbaycanın diplomatik xidmət orqanlarına 2007-ci il üçün qəbul üzrə imtahan prosesi başa çatıb. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 23-də 350-dək namizəd arasından seçilmiş 25 gənc üçün Azərbaycan XİN-də 6 aylıq staj keçmə müddəti başlayıb. Bu müddət ərzində onlara XİN-in Diplomatik Akademiyasında intensiv ingilis dili, beynəlxalq münasibətlər və hüquq, beynəlxalq iqtisadi əlaqələr, danışıqların aparılması üsulları, konsulluq və protokol işi, regionşünaslıq, diplomatik yazışma və s. mövzular üzrə mühazirələr və seminarlar keçiriləcək. Bu təlim prosesinin keçirilməsində xarici, o cümlədən Fletçer Hüquq və Diplomatiya məktəbi (ABŞ), Vyana Diplomatik Akademiyası (Avstriya), Avropa Kolleci (Belçika), Norveç və Türkiyənin Xarici İşlər nazirliklərinin tədris mərkəzlərinin mütəxəssisləri iştirak edəcəklər. Bu müddət ərzində stajçılar XİN-in müxtəlif struktur bölmələrində işləyib, praktiki təcrübə də əldə edəcəklər. Bundan başqa, onlar Azərbaycan tarixi və mədəniyyəti üzrə ölkəmizin tanınmış alimlərinin mühazirələrini dinləyəcək, Azərbaycanın müxtəlif dövlət qurumlarında tanışlıq görüşləri keçirəcəklər. Sonda stajçıların Azərbaycanın diplomatik nümayəndəliklərində 1 aylıq təcrübə keçməsi planlaşdırılıb.
2007-ci ilin qəbul imtahanlarından müvəffəqiyyətlə keçmiş gələcək diplomatlar artıq Diplomatik Akademiyanın rəhbərliyinin qəbulunda olub, təlim-tədris prosesi ilə bağlı onların tövsiyələr alıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR