Bank Of Baku

Türkiyə səfiri: “İkili standartlardan qurtulmaq üçün Azərbaycan hər bir cəhətdən güclü olmalıdır”

Türkiyə səfiri: “İkili standartlardan qurtulmaq üçün Azərbaycan hər bir cəhətdən güclü olmalıdır”
# 17 avqust 2007 15:17 (UTC +04:00)
APA-nın qərb bürosunun məlumatına görə, bu açıqlamanı jurnalistlərə Tovuz rayonunun Ermənistanla sərhəd kəndlərinə səfər edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu verib. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin əksər hallarda ikili standartlardan çıxış etdiyini deyib: “Bu problemin mahiyyətini dünya ictimaiyyətinə açıqlamağa ehtiyac yoxdur. Bütün dünya Azərbaycan torpaqlarının işğal altında olması faktını bilir. Lakin bu problemin aradan qaldırılması üçün beynəlxalq birlik addım atırmı? Önəmli olan məsələ budur. Təəssüf ki, Azərbaycan torpaqlarının işğal altında saxlanmasına beynəlxalq birliyin baxışlarında ikili standartların üstünlük təşkil etməsi həyatımızın bir gerçəkliyidir. Bu kimi yanaşmaların olmaması üçün ilk növbədə güclü dövlət olmaq lazımdır. Azərbaycan hər bir cəhətdən iqtisadi, siyasi, hərbi, mədəni və elmi cəhətdən güclü olmalıdır. Bundan başqa, bütün türk dövlətlərinin güclü olması və bu dövlətlər arasında güclü birlik olması vacibdir”.
H. A. Qarslıoğlu Tovuza səfəri zamanı türkiyəli iş adamlarının bu rayona sərmayə yatırması üçün müxtəlif layihələrlə tanış olduğunu deyib: “Tovuzun icra hakimiyyətinin başçısı və Qənirə Paşayeva bölgənin inkişafına dair bir sıra təkliflərlə çıxış etdilər. Biz bu təkliflərin konkret layihələr şəklinə salınmasını istəyirik. Əgər belə olarsa, türk iş adamlarının həmin layihələrin icrasına cəlb edər və bölgənin inkişafı üçün əlimizdən gələni etmiş olarıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR