Artur Lenk: “ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatları Türkiyə və Azərbaycana böyük hörmət bəsləyir”
29 avqust 2007 11:59 (UTC +04:00)
“ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarının nümayəndələri ilə söhbətlərimdə mənə bəlli olub ki, onlar Türkiyəyə və xüsusi olaraq Azərbaycana çox böyük hörmət və rəğbət bəsləyir. Son illərdə bu münasibət daha da artıb”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ-da fəaliyyət göstərən Anti-Diffamasiya Liqasının (ADL) uydurma “erməni soyqırımı”nı tanıyacağı barədə açıqlamasına münasibət bildirən İsrailin Azərbaycandakı səfiri Artur Lenk deyib. Onun sözlərinə görə, yəhudi xalqı həm öz faciələrinə, həm də digər xalqların faciələrinə çox diqqətlə yanaşır. O xatırladıb ki, İsrail prezidenti Şimon Peres Türkiyə hökumətinə müraciətində bildirib ki, İsrailin bu məsələdə mövqeyi dəyişməyib və dəyişməz olaraq qalacaq: “Təşkilatlar öz siyasətlərini müstəqil yürüdürlər, hər hansısa bəyanatlar verirlər, amma mən, İsrail hökumətinin təmsilçisi olaraq, bir daha bəyan edirəm ki, bizim mövqeyimiz dəyişməz olaraq qalır”. /APA/
Xarici siyasət
AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Azərbaycanda səfərdədir - FOTO
23:24
2 may 2024
Azərbaycan və Tacikistan XİN-ləri əməkdaşlıq haqqında memorandum imzalayıblar - FOTO
20:33
2 may 2024
VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində olub
18:30
2 may 2024
Ceyhun Bayramov ASEAN Parlament Assambleyasının baş katibi ilə görüşüb
17:52
2 may 2024