Pekində Çin dilində nəşr olunmuş “Azərbaycan nağılları” kitabının təqdimat mərasimi keçiriləcək
06 sentyabr 2007 12:13 (UTC +04:00)
Sabah Pekində Çin dilində nəşr olunmuş “Azərbaycan nağılları” kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Çində fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan səfirliyində keçiriləcək təqdimat mərasimində Türkiyə və MDB ölkələrinin Çindəki səfirləri, yaxınlıqda yerləşən məktəblərin direktorları, Pekin Xarici Dillər Universitetinin nümayəndələri, Çin Xarici İşlər Nazirliyinin təmsilçiləri, həmçinin Azərbaycan-Çin Dostluq Qrupunun üzvləri dəvət olunublar. /APA/
Xarici siyasət
VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində olub
18:30
2 may 2024
Ceyhun Bayramov ASEAN Parlament Assambleyasının baş katibi ilə görüşüb
17:52
2 may 2024
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:42
2 may 2024
VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub
17:12
2 may 2024