Conatan Henik: “ABŞ hökuməti əmindir ki, Dağlıq Qarabağa ayırdığı pullar yalnız humanitar məqsədlər üçün istifadə olunur”
13 sentyabr 2007 14:57 (UTC +04:00)
“ABŞ hökuməti əmindir ki, Dağlıq Qarabağa ayırdığı pullar yalnız humanitar məqsədlər üçün istifadə olunur”. Bu açıqlamanı APA-ya ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik verib. Onun sözlərinə görə, ABŞ hökuməti Dağlıq Qarabağa ayrılan vəsaitini xərclənməsi prosesini ciddi şəkildə izləyir. Conatan Henik humanitar məqsədlər üçün vəsaitin ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən ayrıldığını, lakin hökumətin bu vəsaitin hansı məqsədlər üçün sərf olunmasına nəzarət etdiyini deyib: “Bu vəsait heç bir halda digər məqsədlər, o cümlədən hərbi məqsədlər üçün sərf oluna bilməz”. /APA/
Xarici siyasət
Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edilib
23:10
4 may 2024
Ceyhun Bayramov İƏT-in Qida Təhlükəsizliyi üzrə baş direktoru ilə görüşüb
22:46
4 may 2024
Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlər müzakirə olunub - FOTO
22:21
4 may 2024
İƏT-in XVI İslam Sammiti Azərbaycanda keçiriləcək
22:03
4 may 2024