Bank Of Baku

İordaniyanın mədəniyyət naziri Azərbaycan səfiri ilə görüşüb

İordaniyanın mədəniyyət naziri Azərbaycan səfiri ilə görüşüb
# 19 sentyabr 2007 15:24 (UTC +04:00)
İordaniyanın mədəniyyət naziri Adel Tveisi Azərbaycanın bu ölkədəki səfiri Elman Araslı ilə görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə iki ölkənin mədəni sahədə əməkdaşlığı müzakirə olunub. Nazir gələn ilin fevralında Azərbaycanla İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 15-ci ildönümünün tamam olması münasibətilə mədəni tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. Nazir və səfir hər iki ölkədə mədəniyyət günlərinin, sərgilərin və qastrolların keçirilməsi haqda razılığa gəlib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR