Bank Of Baku

Məhərrəm Əliyev etimadnaməsini Tacikistan prezidentinə təqdim edib

Məhərrəm Əliyev etimadnaməsini Tacikistan prezidentinə təqdim edib
# 21 sentyabr 2007 13:49 (UTC +04:00)
Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev öz etimadnaməsini Tacikistan prezidenti Emomali Rahmona təqdim edib. APA-nın Tacikistan prezidentinin saytına istinadən yaydığı məlumata görə, mərasimdən sonra prezident Emomali Rəhman iki ölkə arasında əlaqələrin inkişaf etdiyini, buna hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin müsbət təsir göstərdiyini bildirib. O, səfir Məhərrəm Əliyevə fəaliyyətində uğurlar arzulayıb, Azərbaycanın Tacikistanda səfirliyinin fəaliyyətə başlamasının dövlətlərarası münasibətləri daha da inkişaf etdirəcəyini deyib. Jurnalistlərə açıqlama verən Məhərrəm Əliyev iki ölkə arasında münasibətlərin inkişafında mövcud potensialdan tam istifadə olunması üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR