Bank Of Baku

Yaponiya səfirinin birinci müavini: “Sərhəd bölgəsində yaşayan insanların çətinliklərini yaxşı başa düşürəm”

Yaponiya səfirinin birinci müavini: “Sərhəd bölgəsində yaşayan insanların çətinliklərini yaxşı başa düşürəm”
# 24 sentyabr 2007 08:38 (UTC +04:00)
“Bizim maliyyə dəstəyimizlə tikilmiş tibb məntəqəsinin yerləşdiyi bölgə mənə böyük təəssürat bağışlayır. Biz ada dövləti olduğumuzdan, bizim torpaq sərhədlərimiz yoxdur. Buna baxmayaraq, mən sərhəd bölgəsində yaşayan insanların çətinliklərini yaxşı başa düşürəm”. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu sözləri jurnalistlərə Azərbaycanın Gədəbəy rayonunun Düz Rəsullu kəndində yeni tikilmiş tibb məntəqəsinin açılışında iştirak edən Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin birinci müavini Mitsuhiro Kohna deyib. O, yeni tikilmiş tibb məntəqəsinin keyfiyyətini bəyəndiyini bildirib: “Bildiyiniz kimi, biz bir çox tibb məntəqələrinin və məktəblərin təmiri üçün maliyyə ayırırıq. Lakin bu məntəqənin keyfiyyəti onlarla müqayisədə çox yaxşıdır. Mən başa düşdüm ki, bu regionda tikinti qabiliyyəti yüksək olan çoxlu işçilər var”. Yaponiyalı diplomat layihələri həyata keçirərkən onun keçirildiyi yerə deyil, əsasən texniki baxımdan aparılacaq yardımın səviyyəsinə və ya oradan faydalanacaq şəxslərin sayına diqqət etdiklərini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR