Bank Of Baku

Havay ştatının Konqresi Azərbaycanla bağlı iki bəyannamə qəbul edib

Havay ştatının Konqresi Azərbaycanla bağlı iki bəyannamə qəbul edib
# 25 sentyabr 2007 09:33 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, birinci bəyannamədə Azərbaycanla Havay adaları arasında oxşarlıq olduğu, hər iki inzibati ərazi vahidində milli tolerantlığın hökm sürdüyü, bir çox millətlərin harmoniyada yaşadığı, dövlətçilik, idarəetmə sistemlərinin demokratik prinsiplər üzərində qurulduğu qeyd olunub. İkinci bəyannamədə isə Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanovun ştata ilk rəsmi səfərinin Azərbaycanla ABŞ arasında münasibətlərin yaxınlaşmasında müsbət rol oynaması öz əksini tapıb. Havay Konqresində Nümayəndələr Palatasının üzvü Jene Vardın təşəbbüsü ilə keçirilən toplantıya beynəlxalq əlaqələr komitəsinin sədri Rida Qabanilla da iştirak edib. O, öz çıxışında rəsmi Bakının beynəlxalq enerji təhlükəsizliyi və terrorla mübarizədə ABŞ-a verdiyi dəstəyə görə öz minnətdarlığını bildirib. Bundan başqa baş konsul Elin Süleymanov Havay ştatının paytaxtı Honoluluya səfəri çərçivəsində mer Mufi Hannemanla görüşüb, qardaş şəhərlər olan Bakı və Honolulunun əməkdaşlıq perspektivlərini müzakirə edib. Baş konsul sentyabrın 19-da Havay Universitetində Azərbaycanla bağlı məruzə edib, universitetin prezidenti David Makklaynla görüşüb, elm ocağını tərkibində fəaliyyət göstərən Qərb-Şərq Mərkəzi və Asiya Rasifik Təhlükəsizlik Mərkəzində görüşlər keçirib. Honolulunun əsas beynəlxalq əlaqələr mərkəzi olan Asiya Rasifik Təhlükəsizlik Mərkəzində Azərbaycanla bağlı keçirilən təqdimat mərasimində iştirak edən Elin Süleymanov həmçinin ştatda BMT-nin himayəsi altında ilk dəfə keçirilən Sülh Günü tədbirlərinə qatılıb və qubernator Linda Linqlə görüşüb. Daha sonra qonaq Havay İctimai Radiosunun “Business Beyond the Reef” proqramında və “KUMU 1500” adlı yerli radionun “John Noland Show” proqramında qonaq qismində Azərbaycanla bağlı çıxış edib. Günün sonunda isə konsul Amerika Türk Dostluq Assosiasiyasının təşkil etdiyi mərasimdə türk diasporunun nümayəndələri ilə görüşüb. Qeyd edək ki, Havay ştatı Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun cavabdeh olduğu 13 ştatdan biridir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR