Bank Of Baku

Səfir: “İran rəsmilərinin erməni əsilli vətəndaşlarının işğal olunmuş Azərbaycan ərazilərində xidmət etmələri ilə bağlı məlumatları təkzib etmələrinə şübhə ilə yanaşırıq”

Səfir: “İran rəsmilərinin erməni əsilli vətəndaşlarının işğal olunmuş Azərbaycan ərazilərində xidmət etmələri ilə bağlı məlumatları təkzib etmələrinə şübhə ilə yanaşırıq”
# 28 sentyabr 2007 13:32 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov verib. Onun sözlərinə görə, dünyada, o cümlədən də İranda yaşayan ermənilərin Azərbaycan ərazilərinin işğal edilməsində iştirakının danılmaz fakt olduğunu vurğulayıb: “Dünyada yaşayan ermənilər Azərbaycan ərazilərində erməni dövlətinin yaradılması məqsədilə bizə qarşı təcavüzdə iştirak ediblər və ya bu işə cəlb olunublar. Tarixi qaynaqlar da bunu təsdiq edir. Həm Türkmənçay müqaviləsindən, həm də Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra minlərlə erməni ailəsi bizim torpaqlara köçürülüb. Bununla da Rusiyadan Azərbaycan ərazilərində Ermənistan dövləti yaradılıb. Yəni Ermənistan dünyada yaşayan ermənilərin iştirakı ilə Azərbaycana qarşı işlər görür. Bu məsələdə İranda yaşayan ermənilərin də fəaliyyəti inkaredilməzdir”. A. Həsənov bir neçə il öncə milliyyətcə erməni olan İran vətəndaşlarının Xankəndidə keçirilən şahmat üzrə yarışda iştirakının aşkarlandığını da qeyd edib: “İki-üç il öncə Xankəndidə şahmat yarışı keçiriləndə biz, İran rəsmilərinə müraciət edərək, həmin yarışda vətəndaşlarının iştirak edib-etmədiklərini soruşduq. Dövlət rəsmiləri belə faktın olmadığını israrla söyləsələr də, yarış iştirakçılarının adları açıqlananda bəlli oldu ki, milliyyətcə erməni olan bir neçə İran vətəndaşı bu yarışda iştirak edib”. Səfir bununla bağlı dəfələrlə İran Xarici İşlər Nazirliyində olduğunu və məsələnin araşdırılmasını tələb etdiyini bildirib. Qeyd edək ki, hüquq-mühafizə orqanlarındakı mənbədən APA-ya verilən məlumata görə, İranda fəaliyyət göstərən erməni dini qurumları erməni əsilli İran vətəndaşlarını aldadaraq, yalançı vədlərlə qondarma “Dağlıq Qarabağ Respublikası”nın Silahlı Qüvvələrində xidmət etmələri üçün separatçı rejimin nəzarətində olan ərazilərə göndərir. Bu yaxınlarda isə İran hərbçiləri Azərbaycanın işğal olunmuş əraziləri ilə sərhədyanı bölgədə milliyyətcə erməni olan iki sərhəd pozucusunu saxlayıblar. Nəticədə həmin şəxslərin erməni millətindən olan və İsfahanda yaşayan İran vətəndaşı olmaları aşkarlanıb. Saxlanan şəxslərdən biri Mixək Teymuriyan İran ermənilərinin dini mərkəzi olan “Xəlifəgəri-ye Əraməni” adlı qurumun təbliğatı əsasında Dağlıq Qarabağa getdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR