Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfiri: “Jurnalistlərə təzyiq göstərən, onları təhqir edən şəxslərin cəzalandırılmasını istəyirik”

ABŞ-ın Azərbaycandakı səfiri: “Jurnalistlərə təzyiq göstərən, onları təhqir edən şəxslərin cəzalandırılmasını istəyirik”
# 01 oktyabr 2007 11:31 (UTC +04:00)
“Hər dəfə hansısa ölkədə peşə borcunu yerinə yetirən jurnalistin saxlanılması xəbərini eşidəndə, bundan narahat oluruq”. APA-nın məlumatına görə, bu sözləri “Yeni Müsavat” qəzetinin Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyevin həbs olunması ilə bağlı jurnalistlərin suallarını cavablandıran ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib. A. Dersi qeyd edib ki, bu hadisədən sonra ABŞ səfirliyi iki əməkdaşını Naxçıvana ezam edib: “Onlar bu məsələ ilə maraqlanıblar və müvafiq şəxslərlə görüşüblər. Mənim Azərbaycan hökumətində olan həmkarlarım həmişə deyirlər ki, Azərbaycan qanunun aliliyinə ciddi riayət edən ölkə olmaq istəyir”. Səfir ABŞ hökumətinin söz və mətbuat azadlığı ilə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb: “Biz hakimiyyətdən bu hadisələrin qarşısının alınmasını, jurnalistlərə təzyiq göstərən, onları təhqir edən şəxslərin cəzalandırılmasını istəyirik”.
ABŞ səfiri eyni zamanda 2008-ci ildə keçiriləcək prezident seçkilərinə də toxunub. Onun sözlərinə görə, bu seçkilər demokratiyanın növbəti mərhələsinə keçid üçün Azərbaycana əlverişli şərait yaradır: “Bu, təkcə Azərbaycana tərəfdaş ölkələrə deyil, ölkənin özünə lazımdır. ATƏT-in Demokrat Təsisatlar və İnsan Haqları Bürosu seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün müəyyən tövsiyələr, məsləhətlər verib. Hökumətin o məsləhətlərə riayət edərək müvafiq addımlar atması və tədbirlər həyata keçirməsi çox vacibdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR