Bank Of Baku

Qüdsi Osmanov Sankt-Peterburq Dövlət Universitetinin rəhbərliyi ilə görüşüb

Qüdsi Osmanov Sankt-Peterburq Dövlət Universitetinin rəhbərliyi ilə görüşüb
# 03 oktyabr 2007 07:40 (UTC +04:00)
Oktyabrın 1-də Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Sankt-Peterburq Dövlət Universitetinin xarici tələbələrlə iş üzrə şöbə müdiri V. Aleksandrova, beynəlxalq əlaqələr fakültəsinin dekanı K. Xudoley, hüquq fakültəsinin dekanı N. Kropaçev və tarix fakültəsinin dekanı A. Dvorniçenko ilə görüş keçirib. Baş Konsulluqdan APA-ya verilən məlumata görə, görüş zamanı Sankt-Peterburq Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrin təhsil prosesi ilə bağlı bir sıra məsələlər müzakirə olunub və universitet nəzdində yaxın zamanlarda azərbaycanlı tələbələrdən ibarət “Gənclər klubu”nun yaradılması ilə bağlı razılıq əldə edilib. Görüşdə bir qrup azərbaycanlı tələbə də iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR