Bank Of Baku

Kanadanın “Diplomat & International Canada” jurnalında Azərbaycanla bağlı məqalə dərc edilib

Kanadanın “Diplomat & International Canada” jurnalında  Azərbaycanla bağlı məqalə dərc edilib
# 03 oktyabr 2007 14:56 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib. Məqalədə 10 il bundan qabaq mürəkkəb geosiyasi vəziyyətə baxmayaq prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkənin regional liderə çevrilməsi barədə qərar qəbul edildiyi xatırladılır. Məqalədə həmçinin Dünya Bankının məruzələrinə istinad edilərək son beş il ərzində ölkədə ÜDM-nin artım tempinin illik 12 faiz olaraq, 2005-ci ildə 26 faizə çatdığı vurğulanır. Müəlliflər qeyd edir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə 2006-cı ildə Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum neft və qaz boru kəmərlərinin açılışı və Bakı-Tilfis-Qars dəmiryolunun çəkilməsinə başlanılıb və Bakının sərmayə qoyuluşu üçün mühüm bölgələrdən birinə çevrilib: “Bu cür regional layihələrin Azərbaycan və Avropa İttifaqını da bir araya gətirir. 2006-cı ildə Azərbaycan və Avropa Birliyi arasında enerji tərəfdaşlığı haqqında Anlaşma Memorandumu imzalanıb”. Məqalədə Azərbaycanın Avroatlantik strukturlarına daha da inteqrasiya etmək niyyətində olduğu qeyd edilərək, ölkənin enerji sərvətlərinin Avropa, Asiya və ABŞ-dan sərmayəçiləri cəlb etdiyi, Kanada ilə əlaqələrinin inkişaf etdiyi, bu ilin iyununda ilk Kanada ticarət missiyasının Bakıda olduğu bildirilib. Müəlliflər prezident İlham Əliyevin azərbaycanlı tələbələrin xaricdə təhsil almaları üçün fondun yaradılması barədə göstəriş verdiyini və neftdən gələn gəlirlərin şəffaflığının təmin edilməsi və gələcək nəsillər üçün istifadə edilməsi məqsədilə Neft Fondunun yaradıldığı vurğulayıblar. Ölkə qarşısında əsas prioritetin Ermənistan-Azərbaycan münaqişəsinin olduğu qeyd olunan yazıda 1994-cü ildən bəri atəşkəs rejiminin olmasına baxmayaraq, münaqişənin hələ də həll olunmadığı bildirilir: “Əgər münaqişə həllini tapsa və ermənilərin Azərbaycanın işğal olunan ərazilərini boşaltsa, bütün region transregional layihələrdən fayda götürə biləcək”. Məqalənin sonunda qeyd edilir ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və sənaye layihələri bütün regiona fayda gətirə bilər və bu kontekstdə Kanada da daxil olmaqla, beynəlxalq ictimaiyyətin dəstəyi mühüm əhəmiyyət kəsb etməkdədir: “Sıx əlaqələr qlobal enerji mənbələrinin, nəqliyyat şəbəkələrinin genişləndirilməsinə və dünyanın ən mühüm strateji regionlarından birində sabitliyin möhkəmləndirilməsinə xidmət edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR