Hüseyn Avni Karslıoğlu: “Ramazan bayramının ən qısa zamanda Azərbaycan torpağı Qarabağda da qeyd edilməsini diləyirəm”
11 oktyabr 2007 09:14 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, təbrik mesajında bildirilir ki, bu müqəddəs ayda insanların maddi və mənəvi cəhətdən bir-birinə yaxınlaşması, sosial həmrəylik və birliyin yaranması ilə bağlı ən gözəl örnəklər yaşanır: “Bu ayda insan olmağın ən yüksək idrakını, Allaha yaxın olmağın ən səmimi duyğularını və həzzini hiss edən, gündəlik həyatın problemlərindən ayrılan insanlar indi bayram sevinci yaşayır. Bayram özünüdərkin, cəmiyyətdəki birliyin, yoxsul və kimsəsizləri sevindirməyin əvəzsiz yoludur. Uca Allahdan neçə-neçə xoşbəxt bayramlara qovuşmaq arzusu ilə Azərbaycan xalqının, bütün millətimizin Ramazan bayramını ən səmimi duyğularla təbrik edirəm. Bayramın millətimiz, islam aləmi və bütün insanlıq üçün sağlıq, hüzur, xoşbəxtlik bəxş etməsini və bu bayramların ən qısa zamanda Azərbaycan torpağı Qarabağda da qeyd edilməsini diləyirəm”. /APA/
Xarici siyasət
Ceyhun Bayramov ATƏT-in sədri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
20:39
6 may 2024
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:18
6 may 2024
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb, ekspert qruplarının işi davam edir
18:01
6 may 2024
Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir - VİDEO
17:58
6 may 2024