Almaniyada “Azərbaycan xalq nağılları” kitabı işıq üzü görüb
15 oktyabr 2007 08:22 (UTC +04:00)
Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan xalq nağılları” kitabı alman dilində nəşr olunub. Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə. bu, Almaniyada Azərbaycan xalq nağıllarına dair nəşr edilən ilk kitabdır. Özündə 17 Azərbaycan xalq nağılını və Abdulla Şaiqin “Tülkü həccə gedir” təmsilini ehtiva edən kitab Berlindəki “Verlag Dr. Köster” nəşriyyatında nəşr edilib.
Nağılları Azərbaycan dilindən avstriyalı azərbaycanşünas Liliane Qrimm tərcümə edib. Kitab üçün çəkilmiş illüstrasiyaların müəllifi Almaniyadakı Azərbaycan icmasının fəallarından olan tanınmış rəssam İbrahim Əhraridir.
Kitab bu il 10-14 oktyabrda keçirilən Almaniyanın Beynəlxalq Frankfurt Kitab Sərgisində nümayiş etdirilib.
Kitab Almaniya, Avstriya və İsveçrədə kitab mağazaları və internet vasitəsilə geniş şəbəkədə satışa çıxarılacaq. /APA/

Xarici siyasət
Malayziya Parlamenti Senatının nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub - FOTO
17:42
3 may 2024
Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib
15:32
3 may 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Ağdam Cümə Məscidində olublar - FOTO - YENİLƏNİB
15:30
3 may 2024
Avropa Komissiyasının rəsmisi: Azərbaycanla əməkdaşlığın yeni erasındayıq - MÜSAHİBƏ
13:28
3 may 2024