Berlində “Azərbaycan xalq nağılları” adlı kitab işıq üzü görüb
18 oktyabr 2007 12:22 (UTC +04:00)
Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə bu il oktyabrın 8-də “Azərbaycan xalq nağılları” adlı kitab işıq üzü görüb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 17 Azərbaycan xalq nağılını və Abdulla Şaiqin “Tülkü həccə gedir” təmsilini özündə ehtiva edən kitab Berlində fəaliyyət göstərən nüfuzlu “Verlag Dr. Köster” nəşriyyatı tərəfindən nəfis tərtibatda nəşr edilib. Nağılları Azərbaycan dilindən alman dilinə Avstriya vətəndaşı Liliane Qrimm tərcümə edib. Kitab üçün çəkilən illüstrasiyaların müəllifi Almaniyadakı Azərbaycan icmasının fəallarından olan tanınmış rəssam İbrahim Əhraridir. Kitab bu il oktyabrın 10-14-də keçirilən Almaniyanın Beynəlxalq Frankfurt Kitab Sərgisində nümayiş etdirilib. Kitab Almaniya, Avstriya və İsveçrədə kitab mağazaları və internet vasitəsilə geniş şəkildə satışa çıxarılıb. /APA/
Xarici siyasət
Azərbaycan-İtaliya ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
23:37
1 may 2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
19:15
1 may 2024
Milli Məclis və Malayziya Parlamenti Senatının sədrləri görüşüb
18:31
1 may 2024
TDT Baş katibi: Üzv ölkələrin "yaşıl enerji"yə keçidinə böyük önəm veririk
16:05
1 may 2024