Hüseyn Avni Karslıoğlu: “Konstitusiya dəyişiklikləri ilə bağlı referendum yüksək səviyyədə baş tutub”
22 oktyabr 2007 11:02 (UTC +04:00)
“Türkiyədə demokratik prosesin həyata keçirilməsi bizi sevindirir. Dünən keçirilən referendumda xalqın böyük bir hissəsi Konstitusiya dəyişikliklərini təsdiq etdi”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu verib. Onun sözlərinə görə, referendumda iştirak səviyyəsinin aşağı olacağı gözlənilsə də, referendum yüksək səviyyədə baş tutub: “Xalqın verəcəyi istənilən qərara biz razı idik və xalq belə qərar qəbul etdi”. Səfir Bakı-Tiflis-Qars dəmiryolu xəttinin tikintisi ilə bağlı müvafiq işlərin görüldüyünü bildirib: “Bu ilin sonuna kimi Bakı-Tiflis-Qars dəmiryolu xəttinin təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır. İnşallah, il başa çatmamış bu mərasim keçiriləcək”. /APA/
Xarici siyasət
Dövlət Departamenti: ABŞ Cənubi Qafqazda sülhün mümkün olduğuna inanır
00:35
1 may 2024
Ukrayna Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasına dair razılaşmanı alqışlayıb
00:15
1 may 2024
Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"
23:27
30 aprel 2024
Baş katib ərəb regionu ilə Azərbaycan arasında iqtisadi və tarixi inteqrasiyanı alqışlayıb
22:55
30 aprel 2024