İraqın Azərbaycandakı səfiri: “PKK dağda yaşayır, onları dağda tuta bilməzsən”
24 oktyabr 2007 11:17 (UTC +04:00)
“Hazırda Türkiyə ilə İraqın münasibətləri çox yaxşıdır. Türkiyənin xarici işlər naziri dünən İraqda idi. Biz bildirdik ki, əgər Türkiyəyə ziyan verirsə, PKK-nın İraqda yaşamasını qəbul etmirik. İraq heç bir vaxt qəbul etməz ki, onun ərazisində qonşu ölkəyə əziyyət verən bir təşkilat olsun. Bu, bizim yeni Konstitusiyamızda da yazılıb”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl deyib. PKK-nı terror təşkilatı kimi tanıdıqlarını vurğulayan səfir terrorçuların dağda yaşadıqlarını söyləyib: “PKK dağlarda yaşayır, onları dağda tuta bilməzsən. Amma İraq hökuməti PKK-nın ardınca düşəcək. Biz Türkiyə hökumətinin yardımı ilə PKK-nın inkişafına imkan vermərik”. /APA/
Xarici siyasət
AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Azərbaycanda səfərdədir - FOTO
23:24
2 may 2024
Azərbaycan və Tacikistan XİN-ləri əməkdaşlıq haqqında memorandum imzalayıblar - FOTO
20:33
2 may 2024
VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində olub
18:30
2 may 2024
Ceyhun Bayramov ASEAN Parlament Assambleyasının baş katibi ilə görüşüb
17:52
2 may 2024