Andar Şukputov: “Azərbaycan musiqisi, mədəniyyəti və ədəbiyyatını heç zaman unutmayacağam” - eksklüziv
- Uzun illər Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri kimi iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafını necə dəyərləndirirsiniz?
- Mən Azərbaycanda səfir kimi fəaliyyətimə 2002-ci ilin dekabrında başlamış, o zaman etimadnaməmi mərhum prezident Heydər Əliyevə təqdim etmişəm. Bu insan elə ilk baxışdan mənə xoş gəldi, mənə onunla birgə çalışmaq qismət olub. Heydər Əliyev həmişə deyirdi ki, biz qardaş xalqların nümayəndəsiyik, o, Nursultan Nazarbayevi qardaşı adlandırırdı. Heydər Əliyev Qazaxıstanda milli bayram olan gün vəfat etdi, milli bayrama baxmayaraq, Nursultan Nazarbayev dəfn mərasimində iştirak etmək üçün Bakıya ilk gələnlərdən biri idi. Mən səfir kimi öz fəaliyyətimə qiymət vermək istəmirəm, işi mütləq dəyərləndirmək lazımdır. Bu illər ərzində prezident İlham Əliyevin Qazaxıstana dörd səfəri olub, səfərlər zamanı çoxsaylı sənədlər imzalanıb. Biz üç iri layihədə birgə çalışırıq. Transxəzər boru kəmərlərini tədqiq edir, Bakı-Tiflis-Ceyhan əsas ixrac kəməri və Bakı-Tiflis-Qars dəmiryolu layihəsi üzrə əməkdaşlıq edirik. Xəzəryanı ölkələrin Tehran sammitində Qazaxıstan və Azərbaycan həmrəylik nümayiş etdirdilər. Bütün bu amillər qarşılıqlı münasibətlərimizin aktivliyindən xəbər verir.
- Bu müddət ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi sizi qane edirmi?
- Mənim səfir kimi çalışdığım dövrdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi iki dəfə artaraq 300 milyon dollara çatıb. Lakin prezident İlham Əliyevin avqustda ölkəmizə səfəri zamanı hər iki ölkənin dövlət başçıları bu rəqəmin kifayət etmədiyini, ticarət dövriyyəsinin illik həcmini 1 milyard dollara çatdırmağın zəruriliyini qeyd ediblər. Məni bu posta əvəzləyəcək səfir və yeni vəzifəmlə mən bu hədəfə nail olmağa çalışacağıq.
- Bundan sonra hansı vəzifədə çalışacaqsınız?
- Prezident Nursultan Nazarbayevin sərəncamı ilə mən milli şirkətin “Batıs” sosial-sahibkarlıq korporasiyasının İdarə Heyətinin sədri təyin olunmuşam. Yeni yaradılmış bu dövlət strukturu Şərqi Qazaxıstanda həyata keçirləcək iqtisadi layihələrin koordinasiyası ilə məşğul olacaq. Bu səbəbdən də strukturun mərkəzi ofisi Aktyubinsk şəhərində yerləşəcək. Ümidvaram ki, mən azərbaycanlı həmkarlarımla orada da əməkdaşlıq edə biləcəyəm.
- Azərbaycandan hansı təəssüratlarla ayrılırsınız? Daha çox yadınızda nə qalıb?
- Mən ölkənizdə çoxlu sayda gözəl insanlarla dövlət xadimləri, mədəniyyət işçiləri, yazıçılarla tanış olmuşam. Mənim və həyat yoldaşımızın bu insanlarla çox isti dostluq münasibətləri yaranıb, əminəm ki, bu münasibətlər gələcəkdə də davam edəcək. Azərbaycan musiqisi, mədəniyyəti, ədəbiyyatı mənim çox xoşuma gəlir və bunu heç zaman unutmayacağam. /APA/
Xarici siyasət
Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək
Milli Məclisin sədri Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
Bakıda Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilib - FOTO - YENİLƏNİB
Xəbər Lenti
Sertifikasiya üzrə test imtahanının ikinci günündə 3 mindən çox müəllim iştirak edib
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib
Naftalan turizminin inkişafında mühüm addım - TABIA Group və FlyKhiva arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Dünya Bankı: Böhranlar artıq istisna deyil, normaya çevrilib
Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək
"Real" heyətini yeni futbolçu ilə gücləndirib
Nazir: Yəmənin dövlət gəlirləri 70% azalıb
Eyvaz Cəfərli: Azərbaycanda təkaful sistemi İslam maliyyəsinin inkişafına töhfə verəcək
Malavi Prezidenti dövlət başçısı İlham Əliyevi təbrik edib
Milli Məclisin sədri Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb
Azərbaycanda ilk dəfə İslam Sığortası (Takaful) Ekosistemi fəaliyyətə başlayır - FOTO
Bakıda hipermarketə silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib
Rusiya Ermənistana etiraz notası göndərib
İslam İnkişaf Bankı: Yaxın 10 ildə 400 mln. insan yoxsulluqla üzləşə bilər
Qabiliyyət imtahanlarına elektron qeydiyyat başlayır
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək
Belarus Ukraynaya nota verib
İslam İnkişaf Bankı: İnteqrasiya inkişaf və rifahın əsas vasitəsidir
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - VİDEO - YENİLƏNİB-3 - FOTO
Moskvada Ukrayna dronunun hücumundan sonra "Sadovod" bazarı yanır - FOTO - VİDEO
Abşeronda 19 min manatlıq oğurluq edilib
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
IsDB Azərbaycanla 430 mln. dollardan çox böyük layihə üzərində çalışır
İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycan real iqtisadi sıçrayış üçün hazır vəziyyətdədir
FHN-in Aran Regional Mərkəzi təlim keçirib - VİDEO
Məhəmməd Əl-Casser: Azərbaycan transformasiya və tərəqqinin uğurlu nümunəsidir
İslam İnkişaf Bankının rəhbəri: Etimad böyük məsuliyyətdir
Namizəd Səfərovun məhkəməsi başlayıb
İsmail Kartal yenidən “Fənərbaxça”nın baş məşqçisi təyin olunub
Lukaşenko: Ukrayna ilə sərhəddə vəziyyət daha da gərginləşib, gücləndirilmiş rejimdə qorunmalıdır
Regional əlaqələrin gücləndirilməsində dövlət-özəl tərəfdaşlığının roluna dair sessiya keçirilib
Yay mövsümündə sürücülər nəyə diqqət etməlidir?
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb, Abşeronda su təchizatı ilə bağlı memorandum mübadilə olunub
Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTO
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
Pentaqon rəhbəri NATO müttəfiqlərini İrana görə sərt tənqid edib, Avropadakı ABŞ qüvvələrinin yoxlanışı elan olunub
Bərdə Pambıq İstehsalı və Emalı Zavodunda yanğın-taktiki təlimi keçirilib
Osman Çelik: Sukuk Türkiyənin xarici maliyyələşdirmə strategiyasının mühüm hissəsinə çevrilib
Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasına qatılacaq
Sabah 38 dərəcə isti olacaq
Bakıda Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilib - FOTO - YENİLƏNİB
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin edilib
Leonid Brejnevin nəticəsi Ukraynada əsir düşüb
Gürcüstan XİN başçısı: Aİ yeni genişlənməyə hazır deyil
Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib, 200-ə yaxın PUA vurulub - YENİLƏNİB
Yanvar-may aylarında əlilliyi olan 6700 şəxsə 281 min reabilitasiya vasitəsi verilib