Moldova səfiri İon Robu: “Bölgələrə səfərdə məqsəd Moldovadan olan sərmayədarları maraqlandıran şirkətlərin fəaliyyəti ilə tanış olmaqdır”
26 oktyabr 2007 08:03 (UTC +04:00)
“Azərbaycanın bölgələrinə etdiyim səfərlərin məqsədi Moldovadan olan sərmayədarları maraqlandıran şirkətlərin fəaliyyəti ilə tanış olmaqdır”. APA-nın Qərb bürosunun məlumatına görə, bu fikirləri Gəncədə səfərdə olan Moldovanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İon Robu söyləyib. O, Gəncədə moldovalı iş adamlarını maraqlandıran bir sıra müəssisələrin fəaliyyət göstərdiyini deyib. Səfir dünən “Gəncə Şərab-2 ” Açıq Səhmdar Cəmiyyətində olub və şərab zavodunun iş fəaliyyəti ilə maraqlanıb. Bu gün səfir İon Ronu Gəncənin tarixi ilə yaxından tanış olmaq üçün şəhərin müxtəlif maddi mədəni abidələrinə baş çəkəcək. /APA/
Xarici siyasət
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərini müzakirə edib - YENİLƏNİB
19:24
4 may 2024
Avropa Komissiyasının rəsmisi Ağdamda minatəmizləmə prosesi ilə tanış olub - FOTO
17:23
4 may 2024
XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib
15:37
4 may 2024
Xavier Kolomina: Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub
15:31
4 may 2024