Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüblər
26 oktyabr 2007 13:00 (UTC +04:00)
Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerolayn Braunla görüşüblər. Bu barədə APA-ya Monitorinq Qrupunun üzvü, İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı bildirib. S. Qocamanlı deyib ki, görüşdə ölkəmizdə insan haqlarının durumu, həbsdə olan jurnalistlər, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin davam etməkdə olan məhkəmə prosesi, siyasi məhbus problemi barədə fikir mübadiləsi aparılıb: “Xanım səfir hüquq müdafiəçilərinin Strasburq səfəri ilə bağlı maraqlandı. Biz də bu barədə ona məlumat verdik və Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğuladıq”. S. Qocamanlının sözlərinə görə, Monitorinq Qrupu üzvlərinin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri ilə silsilə görüşləri davam edəcək. /APA/
Xarici siyasət
Hikmət Hacıyev: “Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər”
18:02
5 may 2024
BMT Baş katibinin köməkçisi Emənistanın Azərbaycanla sərhəd bölgələrinə səfər edəcək
14:35
5 may 2024
Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edilib
23:10
4 may 2024
Ceyhun Bayramov İƏT-in Qida Təhlükəsizliyi üzrə baş direktoru ilə görüşüb
22:46
4 may 2024