Bank Of Baku

Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib
# 02 noyabr 2007 09:00 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfiri Tadairo Abeni diplomatik missiyasının bitməsi ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son illər ərzində ikitərəfli əlaqələrdə böyük irəliləyişə nail olunmasından məmnunluğunu ifadə edən tərəflər dostluq münasibətlərinin daha da gücləndiyini, qarşılıqlı anlaşma və siyasi dialoqun inkişaf etdiyini qeyd ediblər. Bu dövr ərzində Azərbaycanın Yaponiyada səfirliyinin açılması, Azərbaycan prezidentinin Yaponiyaya səfəri, o cümlədən qarşı tərəfin xarici siyasət rəsmilərinin səfərlərinin əməkdaşlığa mühüm töhfə verdiyi, Yaponiya-GUAM tərəfdaşlığının yaranmasının yüksək əhəmiyyət kəsb etdiyi vurğulanıb. Eyni zamanda səfir Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyi münasibətilə poçt markalarının buraxıldığını bildirib, gələcəkdə qeyri-neft sektorunda əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu və bu istiqamətdə fəaliyyəti artırmağın zəruriliyini qeyd edib. Görüşün sonunda nazir Yaponiya səfiri T. Abeyə gələcək fəaliyyətində uğurlar arzulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR