Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfiri Naxçıvana gedib

ABŞ-ın Azərbaycandakı səfiri Naxçıvana gedib
# 07 noyabr 2007 08:04 (UTC +04:00)
APA-nın Naxçıvan bürosunun xəbərinə görə, səfir əvvəlcə Mömünə Xatun türbəsinə və Xalça Muzeyinə baş çəkib. Daha sonra A. Dersi Naxçıvan Dövlət Universitetində (NDU) olacaq, burada fəaliyyət göstərən Amerika-Azərbaycan Əlaqələr Mərkəzinə, Hüquq Klinikasına və “CİSCO” Şəbəkə Akademiyasına baş çəkəcək. NDU tələbələrinin Harvard Universitetində çalışan erməni professorların təşkilatçılığı ilə “Naxçıvan bölgəsinin erməni abidələri” mövzusunda keçirilən sərgi ilə bağlı ABŞ səfirinə etiraz bildirəcəyi gözlənilir. Qeyd edək ki, bu məsələ ilə bağlı NDU-dan Harvard Universitetinə 600-dən artıq məktub və teleqram göndərilib.
Naxçıvana səfəri çərçivəsində A. Dersi M.S.Ordubadi adına Naxçıvan MR Mərkəzi Kitabxanasına da gedəcək, MR-də fəaliyyət göstərən QHT təmsilçiləri və partiya nümayəndələri ilə görüşlər keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR