Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb

ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb
# 07 noyabr 2007 15:45 (UTC +04:00)
APA-nın Naxçıvan bürosunun xəbərinə görə, səfir burada Naxçıvan MR-in mədəniyyət və turizm naziri Sarvan İbrahimovla birlikdə Regional Kitabxana-Məlumat Mərkəzinin açılışında iştirak edib. ABŞ səfirliyi İREX-in xətti ilə açılan Regional Kitabxana-Məlumat Mərkəzinə 20 min kitab hədiyyə edib.
Daha sonra A. Dersi Naxçıvan MR-də fəaliyyət göstərən QHT təmsilçiləri və partiya nümayəndələri ilə görüşüb. Qapalı keçirilən görüş bir saata yaxın davam edib.
Səfərinin sonunda A. Dersi jurnalistlər üçün brifinq keçirib. Xanım diplomat Naxçıvana ilk səfərindən məmnunluğunu dilə gətirib: “Naxçıvanın tarixi abidələrinə, xüsusən Mömünə Xatun türbəsinə heyran oldum. Səfərimin məqsədi Naxçıvan barədə məlumatlı olmaq, buradakı vəziyyətlə yaxından tanışlıq idi”. A. Dersi jurnalistlərin sualına cavab olaraq səfərinin ABŞ-ın Harvard Universitetində çalışan erməni professorların təşkilatçılığı ilə “Naxçıvan bölgəsinin erməni abidələri” mövzusunda keçirilən sərgi ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb: “Söz verirəm ki, Naxçıvana dəfələrlə gələcəyəm”. Səfir Azərbaycan XİN və ölkəmizin ABŞ-dakı səfirliyinin sözügedən sərgi ilə bağlı yüksək səviyyədə etiraz bildirdiyini xatırladıb: “Mən Naxçıvan əhalisinin narahatlığını başa düşürəm. Amma tövsiyə edə bilərəm ki, bu cür vəziyyətlərdən ən yaşı çıxış yolu həqiqətə uyğun faktları gündəmə gətirməkdir”.
A. Dersi 2008-ci ildə keçiriləcək prezident seçkilərinə də toxunub: “Bu seçkilər Azərbaycanın demokratiyaya keçid prosesində çox əlverişli fürsətdir. Güclü Azərbaycan ABŞ üçün ən yaxşı tərəfdaşdır”.
Bununla da A. Dersinin Naxçıvan MR-ə səfəri başa çatıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR